методическая разработка.
методическая разработка

Тарана Рамизовна Шахламазова

                         Sinifdənxaric tədbirin planı

 

  "  Novruz bayramı"

    Подготовила; Шахламазова Тарана Рамизовна.

                                2019-cı il.

 Mövzu:          Novruz bayramı

Məqsəd:        1. Tamasacilari qədim adət və ənənələrimizlə

                          tanış etmək.

                      2.Onlarda ifadəli oxu vərdişlərini inkişaf   etdirmək.

                      3.Sagirdlerimizi  tarixi

                          köklərimizlə, mədəniyyətimizlə   tanış etmək.

İştirakçılar:  Sagirdlerimiz.

1.Qizlarin  –“Novruz gəlir” mahnısı.

2.Həsənova Əminə və Efendiyeva Serqiye -“Bahar” şeri.

3.9-cu sinif sagirdlerinin ifasinda reqs..

4. Semedova S, Huseynova S. «Bənovşə»mahnısı

5.Qizlarin ifasinda «Qizil lalə» mahnısı.

Aparıcınin sözü:

 Salam ,əziz dostlar, hörmətli qonaqlar.Qarşıda “Novruz” bayramı gəlir. Bu xalqımızın qədim bayramıdır.Onun tarixi kökləri bir tərəfdən atəşpərəstliklə, digər tərəfdən isə   ulu babalarımızın mifik dünyagörüşü ilə bağlıdır.  “Novruz”yeni gün deməkdir. Təbiətdə yeni il, torpağın oyanışıdır. Bahar bayramıdır, şadlıq, sevinc bayramıdır. Hamınızı bu bayram münasibəti ilə təbrik edirik. Sizə can sağlığı,Dağıstanımıza

    sülh, əmin-amanlıq arzulayırıq.

   “Novruz”un bəzəyi, gözəlliyi oyunlar, mahnılar və şənliklərdir.

   Qızların ifasında “Novruz gəlir” mahnısı

    Qızların fincac-fincan oyunu. Buyurun qızlar.

    Gülnarə əlində bir böyük alma tutub oturan yoldaşlarına göstərir. Qızlar, bu necə almadır?

    Biri: - Böyük, qırmızi, gözəl.

     Başqası: - Şirin, dadlı, ləzzətli.

    Aparıcı: - Bu almanı kasaların altında gizlədəcəyik, kim tapsa onundur, işdir, əyər tapmasa, ya gərək “Novruz”dan şer desin, ya mahnı oxusun, ya oynasın, ya yanıtmac desin, əyər heç nə bacarmasa, xoruz        kimi banlasın, ya da eşşək kimi anqırsın,hə başladıq,birici kim gedir?

    Əminə: -Mən gedirəm. (Üzünü divara çevirib durur, oyunçular almanı gizlədirlər, Sonra çağırirlar, onu çaşdırmaq üçün oxuyurlar

              Ağacda leylək yuva bağlar gedər, 2

              Qız sevən oğlan hara ağlar gedər. 2

              Ağacda alma yanağı qırmızı  2

              Dər səbətə yığ onu bağban qızı 2

            kasanı qaldırıb, altına baxır, almanı görmür.

             Aparıcı: -Tapmadın, indi neyləyəcəksən?

             Əminə: -Mən sizin üçün “Novruz”dan şer deyəcəyəm.

 

             Xonçalı Novruz gəlir,

            Qonşalı Novruz gəlir.

            Sürmə çəkin qaşına.

           Noğul səpin başına.

           Tongalları oddayın,

           Tüfəngləri xoddayın.

             Xonçalı Novruz gəlir,

            Qonçalı Novruz gəlir.

          Əminə yerinə keçir.

         Bu dəfə Solmaz  durur, gedir. Almanı gizlədirlər,Günayı çağırırlar.

           Oyunçular onun üçün oxuyurlar.          

             Ay gedən yar haralısan, ləlli qubanın olum,

             Bu ellərin maralısan, ləlli yar,ləlli.

             Ay ləlli yar, ləlli yar,ləlli.

             Can ləlli yar,ləlli yar, ləlli.

Aparıcı: Tapmadın, indi neyləyəcəksən?

 Solmaz: - Mən sizin üçün Novruzdan mahnı oxuyacağam.

 Solmaz gözəl və şux bir mahnı oxuyub yerinə keçir.

Bu dəfə Milana ayağa durub:-Bu almanı tapacağam, görərsiniz,-deyib gedir.

 Onunçun oxuyurlar.

             Dolayı gəl dolayı,

             Həsri basma, dolan gəl.

             Süpürmüşəm sarayı,

             Həsri basma dolan gəl.                                                                                                                         

Milana  kasanı qaldırıb altına baxır, almanı görmür.

Milana: - Mən sizinçün şer deyəcəyəm.

              Yaz gəldi, ey, yaz gəldi.

              Yaz gəldi, ey, yaz gəldi.

              Uşaqlar evdə şişdi,

              Dovğa qazanda bişdi.

              Həlimə,huy, Həlimə, huy,

            Gəl qabı yu, gəl qabı yu!

            Yaz gəldi, ey, yaz gəldi,

            Naz gəldi, ey, naz gəldi.

 Milana da yerinə keçir.

Bu dəfə Fəridə durur, gedə-gedə: O alma mənim olacaq,-deyir.

Almanı gizlədəndən sonra onu çağırırlar, Fəridə almanı axtarır, qızlar onun üçün mahnı oxuyurlar.

                   Əzizim keçmə məndən,

                   Çay məndən çeşmə məndən.

                   İnanma yad sözünə

                   Cavanam keçmə məndən. 2

                   Əzizim sini-sini,

                   Doldur ver sini-sini.

                   Mənə öz yarım gərək,

                   Neynirəm özgəsini. 

         Fəridə almanı tapa bilmir. Aparıcı: -İndi neyləyəcəksən ,-deyə soruşur. Fəridə: -Mən oynayacağam . 

         -Rəqs. 

         Bu dəfə Gülnarə ayağa durub gedir. Almanı gizlədirlər və onu çağırirlar. Onu çaşdırmaq üçün oxuyurlar.

              Pəncərədən daş gəlir,ay bəri bax, bəri bax. 2

              Xumar gözdən yaş gəlir, ay bəri bax, bəri bах

              Səni mənə versələr, ay bəri bax, bəri bax.

              Hər görənə xoş gələr,ay bəri bax, bəri bax.

              Bəri bax, ay bəri bax,bəri bax, ay bəri bax, bəri bax.

              Gülnarə kasanı qaldırıb baxır, almanı görmür.

 Aparıcı: -İndi neynəyəcəksən,- deyə soruşur.

Gülnarə: - Mən sizinçün bir yanıltmac deyəcəyəm.

Getdim gördüm bir dərədə iki kar, kor , kürküyırtıq kirpi var. Dişi kar, kor, kürküyırtıq kirpi erkək kar, kor, kürküyırtıq kirpinin kürkünü  yamamaqdansa, erkək kar,kor, kürküyırtıq kirpi dişi kar, kor, kürküyırtıq kirpinin kürkünü yamay

Gülnarə də də yerinə keçir. Bu vaxt kimsə ortaya papaq atır. Qızlardan biri papağın içinə nə isə qoymaq istəyir. Başqa birisi kosanı görür, sevincək qışqırır:

Kosa gəlir, Kosa gəlir...

 Hamı ayağa durub oxumağa başlayır.

Novruz- novruz bahara, hey bahara,

Güllər- güllər nübara hey, nübara.

Baxçanızda gül olsun hey, gül olsun,

Gül olsun, bülbül olsun hey, gül olsun.

Bal olmasa yağ lsun, hey, yağ olsun,

Evdəkilər sağ olsun, hey sağ olsun.

Keçəl:

A kosa – kosa gəlsənə, hey gəlsənə,

Gəlib salam versənə, hey versənə.

Çömçəni doldursana,

Kosanı yola salsana, hey sasana.

Kəmalə :

A kosa – kosa gəlmisən,

Gəlmisən meydanə sən,

Almayınca payını,

Çəkilmə bir yanə sən.

Beş yumurta payındı,

Olmaya almayasan.

Keçəl:

Kosam bir oyun eylər,

Quzunu qoyun eylər.

Yığar bayram xonçasın,

Keşəlin toyun eylər.

Kosa:

Keçəl- keçəl mərəndi,

 Qolları düymələndi

Eşitdi saçlı gəlir,

Başına kül ələndi.

Gülnarə:

Mənim kosam canlıdı,

Qolları mərcanlıdı.

Kosama əl vurmayın

Kosam iki canlıdı. 

Kosa:Keçəl- keçəl baniyə

Getdi hamamxaniyə.

Hamamxana bağlıdı,

Keçəlin başı yağlıdı.

Keçəl dedi:- vay başım,

Qazanda qaynar aşım.

Milana:

Keçəl aşın bişibdi,

Noxudların şişibdi.

On iki keçəl bir yerdə

Xarta- xurta düşübdü.

Keçəl:

Ay uyruğu- uyruğu,

Əritməmiş quyruğu.

Saqqalı it quyruğu,

Bığları yovşan Kosa.

 Kosa: -Of...yoruldum, gəl bir az oturaq.

Hər ikisi oturub söhbət edirlər.

Keçəl: - Kosa, hardan gəlirsən?

Kosa: -Moskvadan.

Keçəl: - Orda neyləyirdin?

Kosa: -Alver eləyirdim.                                                                      

   Keçəl: - Bəs niyə gəldin? Qalıb alverini eləyəydin də.                        

Kosa: -Dollar qalxdı, alver də batdı.                                                  

   Keçəl: -İndi neynəmək istəyirsən?.                                                          

 Kosa: -Heç özüm də bilmirəm.                                                           

  Keçəl: - Gəl, qulağına bir söz deyim. (Qulağıa nəsə deyir.)                      

Kosa: -Hə bildim. 

(Hər ikisi durub oynayırlar.Hamı oxuyur.)

    A kosa –kosa gəlsənə, hey gəlsənə,                                                    

    Gəlib salam versənə, hey versənə.                                               

  Çömçəni dolursana,                                                                          

    Kosanı yola salsana. Hey salsana.                                                         

   Oyun qurtarır, hamı yerinə keçir.

Qızların ifasında “Lalə” mahnısı.

Aparıcı: Bununla da bizim sözümüz qurtardı, sağ olun, hamınizi qarşıda gələn bayram münasibəti ilə təbrik edirik. Bu günkü şənliyimizi 9-sinif şagirdlərinin ifasında bir rəqslə bitirmək istərdik.

Rəqs.

Скачать:

Предварительный просмотр:

По теме: методические разработки, презентации и конспекты

Методическая разработка "МЕТОДИЧЕСКИЕ РЕКОМЕНДАЦИИ по разработке и изданию учебно-методических материалов"

Методические рекомендации предназначены для педагогических работников СПб ГБПОУ  « Колледж» Красносельский».Содержание настоящих методических рекомендаций направлено на обеспече...

Методические рекомендации по самостоятельной работе Обществознание, Методическая разработка кураторского часа "Коррупция как особый вид преступлений", Методическая разработка"Выбор за нами".

Мкетодические разработки необходимы для реализации своих творческих способностей преподавателя и необходимиго обмена методическим опытом для молодых преподавателей и кураторов....

Методическая разработка урока-викторины «Знатоки финансовой грамотности» /методическая разработка дополнительного учебного занятия по учебной дисциплине «Обществознание (включая экономику и право)» /

Методическая разработка  составлена  для обучающихся, изучающих дисциплину «Обществознание (включая экономику и право)» включая раздел «Финансовая грамотность».В ходе...

Классный час "Герои Великой Отечественной войны". Методическая разработка награждена Дипломом Министерства Образования,Науки и Молодёжи Республики Крым 3 Степени в региональном этапе 2 Всероссийского конкурса на лучшую методическую разработку.

Моя методическая разработка награждена Дипломом Министерства Образования ,Науки и Молодёжи Республики Крым 3 Степени в региональном этапе 2 Всероссийского конкурса на лучшую методическую разработку....

Методическая разработка "МЕТОДИЧЕСКИЙ КОНСТРУКТОР ДЛЯ РАЗРАБОТКИ ПРОГРАММЫ СМЕНЫ ЛАГЕРЯ"

МЕТОДИЧЕСКИЙ КОНСТРУКТОР ДЛЯ РАЗРАБОТКИ ПРОГРАММЫ  СМЕНЫ ЛАГЕРЯ...